UFC "Beynəlxalq Döyüş Həftəsi" çərçivəsində Konor Makqreqora Karlos Prateslə döyüşməyi təklif edib.

Offsideplus.az xəbər verir ki, lakin irlandiyalı döyüşçü "Ağ Ev"də dövüşmək istədiyi üçün bu təklifi geri çevirib.

Bu barədə "ESPN Brazil" məlumat yayıb.

Karlos Prates isə alacağı yüksək məbləğdə qonorara görə bu təklifi qəbul etmişdi.

Qeyd edək ki, Makqreqor sonuncu dəfə 2021-ci ildə UFC-də döyüşüb. Onun bu il oktaqona qayıdacağı gözlənilir.