"Liverpul"un baş məşqçisi Arne Slot komandasının qarşıdakı oyunlarını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, niderlandlı mütəxəssis bunları söyləyib:
"Vulverhempton"la iki oyun keçirəcəyik. Bu vəziyyətin yeganə faydası mən və analiz komandam üçün ola bilər. Qazanacağımız əlavə vaxtı Qalatasaray matçına hazırlaşmaq üçün istifadə edəcəyik".
Qeyd edək ki, "Liverpul" "Qalatasaray"la oyundan əvvəl iki dəfə "Vulverhempton"la (Premyer Liqa və İngiltərə Kuboku) qarşılaşacaq.
"Sarı-qırmızılar"la ilk oyun isə martın 10-da, İstanbulda oynanılacaq.



