Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsi üzrə bu gün cavab oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, ilk qarşılaşma Gəncə İdman Sarayında baş tutub. Yerli komanda "Ordu"nu qəbul edib. İlk oyunda məğlub olan Gəncə təmsilçisi bu dəfə rəqibinə qalib gəlməyi bacarıb - 1:1. Beləliklə, seriyada hesab bərabərləşib.
Günün ikinci matçı isə NTD və "Neftçi" arasında saat 19:00-da Bakı İdman Sarayında baş tutub. Bu görüşdə "Neftçi" rəqibini məğlub edərək ümumi hesabı bərabərləşdirib.
Qeyd edək ki, növbəti oyunda qələbə qazana komanda yarımfinala yüksələcək.
16 aprel (cümə axşamı)
14:00 "Gəncə" - "Ordu" 85:78 (23:21, 24:16, 20:18, 20:23)
Seriyada hesab: 1:1
19:00 NTD - "Neftçi" 99:119 (31:29, 18:25, 25:35, 25:30)
Seriyada hesab: 1:1


