"Qarabağ"ın daha bir futbolçusu legioner həyatına start verə bilər. 

Offsideplus.az "Azerisport" saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin vingeri Əli Bəşirov karyerasını Fransa 1-ci Liqasında davam etdirməyə yaxındır. U-17 millimizin üzvü olan futbolçu və "Strasburq" klubu arasında danışıqlar gedir və yaxın zamanda son qərar veriləcək. 

Qeyd edək ki, daha öncə Toral Bayramovun Türkiyənin "Bursaspor" klubuna keçidi açıqlanmışdı.