Avropa futbolunda yay transfer pəncərəsinin ən böyük və gözlənilməz gəlişmələrindən biri İtaliyada yaşanıb.
Offsideplus.az xəbər verir ki, "San Siro"da son dövrlər azarkeşlərlə problem yaşayan və tənqidlərin hədəfinə çevrilən "Milan"ın portuqaliyalı süperulduzu Rafael Leao klubdan ayrılmaq qərarına gəldiyini rəsmən elan edib.
"Sport TV"yə olduqca səmimi və diqqətçəkən bəyanatlar verən 26 yaşlı vinger, karyerasında yeni bir səhifə açmaq zamanının gəldiyini bildirib:
"Məncə fərdi olaraq "Milan"a verə biləcəyim hər şeyi artıq çoxdan vermişəm. Bura mənim inkişafıma çox kömək edən, çətin anlarımda hər zaman arxamda duran bir klub olub. Adımı bu klubun tarixinə yazdırmağı da bacardım.
Əlbəttə ki, düşünürəm ki, hər kəsin xəyalları, nail olmaq istədiyi və hədəflədiyi yeni çağırışlar var. Mən də tamamilə yeni bir liqada yeni bir çağırış axtarışındayam. Əgər bu transfer baş tutsa, çox xoşbəxt olacağam. Eyni zamanda 'Milan'da yaxşı bir iş ortaya qoyduğum üçün daxilən çox rahatam."
-
Bu mövsümkü performansı: "Milan" forması ilə çıxdığı 31 rəsmi oyunda 10 qol və 3 məhsuldar ötürmə
-
Bazar dəyəri: Hazırda transfer bazarında günclə dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
-
Müqavilə müddəti: İtaliya klubu ilə rəsmi sözləşməsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.
-
Karyera yolu: "Sportinq Lissabon" akademiyasının yetirməsi olan Leao daha sonra Fransanın "Lill" klubunda parlayıb. "Milan" onu 2019/2020 mövsümünün əvvəlində 49.5 milyon avro ödəyərək heyətinə qatmışdı. Portuqaliya millisində isə 43 oyuna 5 qol vurmağı bacarıb.


