21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində məcburi dəyişiklik edilib.

Offsideplus.az xəbər verir ki, "Sabah"ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən yığmanın düşərgəsini tərk etməli olub. Baş məşqçi onun əvəzinə heyətə "Neftçi"nin qolkiperi Nurəziz Əzizovu cəlb edib.

Mayın 28-dən Bakıda hazırlıq keçən U-21 yığmamız bu gündən etibarən təlim-məşq toplanışını Türkiyənin İsparta şəhərində davam etdirəcək. İyunun 10-dək davam edəcək qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində millimiz iki yoldaşlıq görüşü keçirəcək.

marKomandamız iyunun 6-da Bəhreyn, iyunun 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığmaları ilə üz-üzə gələcək.