“Sabah” klubu nigeriyalı futbolçu Cesse Sekidika ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, klubun yaydığı məlumata əsasən, mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb və tərəflər əməkdaşlığa son vermək qərarı alıblar.
Sekidika “Sabah”ın son illərdəki uğurlarında mühüm pay sahibi olan futbolçulardan biri kimi yadda qalıb. O, Bakı təmsilçisinin heyətində Azərbaycan çempionluğu və iki ölkə kuboku sevinci yaşayıb.
29 yaşlı vinger “Sabah” forması ilə ümumilikdə 107 oyunda meydana çıxıb. Nigeriyalı futbolçu bu görüşlərdə 21 qola imza atıb, həmçinin komanda yoldaşlarına 18 məhsuldar ötürmə verib.


