"Liverpul" baş məşqçisi Arne Slotla yollarını ayırmağa qərar verib.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onu əvəzləməyə əsas namizəd isə Andoni İraoladır.

Slot 2024-cü ilin yayından Mersisayd təmsilçisini çalışdırırdı. O, 2024/25 mövsümündə "qırmızılar"a İngiltərə Premyer Liqasını qazandırıb.