“Fənərbağça” keçmiş hücumçusu Vedat Muriqinin transferində sona yaxınlaşıb.

Offsideplus.az xəbər verir ki, bu barədə İtaliyalı jurnalist Nikolo Skiran məlumat yayıb.

İstanbul təmsilçisi hazırda “Malyorka”da çıxış edən kosovalı hücumçu ilə 2029-cu ilə qədər müqavilə şərtlərində razılıq əldə edib.

“Fənərbağça” transferi yekunlaşdırmaq üçün İspaniya klubu ilə transfer haqqı üzrə danışıqları davam etdirir.

Qeyd edək ki, Vedat Muriqi bu mövsüm “Malyorka” forması ilə 37 oyunda meydana çıxıb. Kosovalı futbolçu həmin matçlarda 23 qol vurub və 1 məhsuldar ötürmə edib.