Karvan-Yevlax baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mütəxəssislə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, Füzuli Məmmədov yanvar ayında bu posta təyin olunmuşdu.