"Mançester Siti"dən ayrılan Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçunu heyətinə qatmaq üçün La Liqa təmsilçiləri hərəkətə keçiblər.
"Barselona" və "Atletiko" (Madrid) təcrübəli oyunçunun transferi üçün rəqabət aparır.
Kataloniya klubu artıq futbolçuya rəsmi müqavilə təklif etməyə hazır olduğunu bəyan edib. Bu həftə Bernardo Silva ilə danışıqlar aparan "Atletiko" da öz rəsmi təklifini təqdim etməyə hazırlaşır.
"Barselona"nın baş məşqçisi Hansi Flik heyətin genişliyini artırmaq üçün bu transfer müsbət yanaşır.
B. Silvanın seçimi isə "blauqrana"dır. O, karyerasını burada davam etdirmək istəyir.


