Braziliya millisinin həkimi Rodriqo Lasmar ulduz hücumçu Neymarın sağ baldırında ikinci dərəcəli zədə aşkarlandığını təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, 2-3 həftə meydanlardan uzaq qalacaq "10 nömrə" dünya çempionatı öncəsi Panama (31 may) və Misirlə (6 iyun) keçiriləcək yoxlama oyunlarını qaçıracaq.
Bu zədə səbəbindən Neymarın mundialın startındakı Mərakeşlə ilk oyunu da sual altına düşüb. Onun turnirdəki iştirakı növbəti həftələrdəki bərpa prosesindən asılı olacaq.
Qeyd edək ki, təcrübəli futbolçu ötən gün millinin Teresopolisdəki ilk rəsmi məşqini yarımçıq qoyaraq müayinəyə yollanmışdı.


