Futbol üzrə Misli Premyer Liqasının pley-off mərhələsində "Qəbələ" "Mingəçevir"ə 2:0 hesabı ilə qalib gələrək, Premyer Liqada qalıb.
Offsideplus.az xəbər verir ki, "Mingəçevir"in baş məşçqisi Ramiz Məmmədov oyundan sonra məğlubiyyəti şərh edib:
"Uşaqlara sağ ol deyirəm. Yaxşı oyun oldu. Razı qaldım. Narazı olduğum məqamlar oldu. Mən hər dəqiqə hakimlikdən narazılıq edən məşqçi olmamışaam. Bu oyunda Turalın olması yersiz idi. Hər addım başı cərimələr bzim qapımızda idi. Penalti epizodunda "Qəbələ"nin futbolçusu bizim oyunçunu itələdi. Oyunun qırılma nöqtəsi 2 epizod idi. İkisində də hakim qərarı rol oynadı. Komandalar arasında büdcə fərqi var. Əsasnaməyə, nizamnaməyə əl gəzdirilməldir".


