"Barselona" "Atletiko"nun hücumçusu Xulian Alvaresin transferi üzərində işləyir
Offsideplus.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, katalon klubunun idman direktoru Deku çərşənbə günü argentinalı futbolçunun agentləri – Fernando İdalqo, Endi Bara və Xuanma Lopeslə görüşüb. İddia olunur ki, Lopes Atletiko ilə yaxşı münasibətləri sayəsində bu keçiddə həlledici rol oynaya bilər.
"Barselona" Alvaresin transferini iyunun 11-də start götürəcək dünya çempionatına qədər rəsmiləşdirməyə ümid edir.
Sövdələşmənin məbləği bonuslar nəzərə alınmadan 100 milyon avro təşkil edə bilər.


