"Real Madrid"in futbolçusu Franko Mastantuono qarşıdakı dünya çempionatını buraxacaq.
Offsideplus.az "TyC Sports" portalına istinadən xəbər verir ki,, gənc futbolçu Argentina millisinin 55 nəfərlik genişləndirilmiş heyətinə daxil edilsə də, yekun qərarda siyahıdan çıxarılıb.
Baş məşqçi Lionel Skaloni 18 yaşlı oyunçunu ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi turnirə aparmamağa qərar verib.
Bu addımın səbəbi "tamamilə idman prinsipləri" ilə bağlıdır və futbolçunun Madrid klubunun heyətində az oyun şansı qazanmasından qaynaqlanır.
Argentina millisinin yekun heyəti cümə günü rəsmən açıqlanacaq.
Qeyd edək ki, Mastantuono bu mövsüm La Liqada meydana çıxdığı 23 matçda 1 qolla çıxış edib.


