"Bornmut" klubunun baş məşqçisi Andoni Iraola "Kristal Palas" postunda Oliver Qlazneri əvəz etməyə çox yaxındır.
Offsideplus.az xəbər verir ki, Oliver Qlaznerin gedişindən sonra London klubunun rəhbərliyi, son iki ildə qazanılan İngiltərə Kuboku və Avropa zəfərlərinin ardını gətirmək üçün bütün variantları nəzərdən keçirir.
Iraola isə "Bornmut" ilə yeni müqavilə imzalamaqdan imtina edib və hələ aprel ayında mövsümün sonunda komandadan ayrılacağını bəyan etmişdi. Bu da onun mövsüm bitdikdən sonra ölkənin cənubuna köçəcəyi ilə bağlı şayiələri artırmışdı.
O, "Kristal Palas" klubunun bir nömrəli hədəfidir.
"Milan"ın təklifini geri çevirən ispaniyalı mütəxəssis "qartallar"ın sükanı arxasına keçməyə hazırdır.


