Şotlandiya Futbol Federasiyası yığma komandanın baş məşqçisi Stiv Klarkla müqavilənin müddəti uzadıb.

Offsideplus.az xəbər verir ki, 62 yaşlı baş məşqçi ilə imzalanan yeni sözləşmə 2030-cu ilə qədər qüvvədə olacaq.

Qeyd edək ki, 2019-cu ildən Şotlandiya yığmasını çalışdıran Klark, daha əvvəl İngiltərənin "Aston Villa", "Liverpul", "Çelsi" və "Nyukasl" kimi tanınmış klublarında müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

Şotlandiya millisi bu il keçiriləcək 2026-cı il dünya çempionatının C qrupunda Braziliya, Mərakeş və Haiti yığmalarına qarşı mübarizə aparacaq.