"Kristal Palas"dan ayrılan baş məşqçi Oliver Qlasner gələcək planları barədə danışıb.
Offsideplus.az xəbər verir ki, komandası ilə son oyununa çıxan avstriyalı mütəxəssis hazırda yalnız qələbəni qeyd etmək barədə düşündüyünü bildirib.
O, London təmsilçisini Konfrans Liqasının qalibi etdikdən sonra gələcəyi ilə bağlı yayılan transfer şayiələrinə belə cavab verib:
"Başqa bir klubla danışmağa nə həvəsim, nə də enerjim var. Çünki bütün diqqətimi bu finala yönəltmişdim. Sabah barədə heç düşünməmişəm. Bu gün futbolçularla birlikdə tam mənası ilə əylənəcəm. Sabah isə Londona bir az baş ağrısı ilə qayıdacam. Daha sonra ailəmin yanına yollanmaq vaxtı gələcək".
Qeyd edək ki, 2024-cü ildən "Kristal Palas"ı çalışdıran Qlasner bu müddətdə komandaya Konfrans Liqası ilə yanaşı, İngiltərə Kuboku və Superkubokunu da qazandırıb.


