Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Zirə" "Payde"yə məğlub oldu - 0:1.
Offsideplus.az xəbər verir ki, Sadıqov oyunsonrası mətbuat konfransında bunları deyib:
"İlk hissədə təzyiq etməklə rəqib üzərində üstünlük yaratdıq. Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik. İkinci hissəyə də fəal başladıq. Son 15-20 dəqiqə ərzində güclər balansllaşdı. Bəzi məqamlarda artıq rəqib də təhlükəli olmağa başladı. Oyundan əvvəl də vurğulamışdım ki, rəqibin avrokubok təcrübəsi var. Bunu matçın sonunda hiss etdik. Evdəki oyunda rəqib üzərində qələbə qazanaraq mərhələni keçmək istəyirik".


