UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli yeni komandası "Malışeva" ilə Şotlandiya təmsilçisi "Hibernyan"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Start heyətində meydana çıxan Vüsal 72-ci dəqiqə meydanda olub.