"Monako" Filipe Luisin yeni baş məşqçi təyin olunması barədə razılıq əldə edib.

Offsideplus.az nsayder Fabrisio Romanoya istinadən xəbər verir ki, 40 yaşlı braziliyalı mütəxəssis "ağ-qırmızılar"la 2028-ci ilin iyununa qədər müqavilə şərtlərini razılaşdırıb.

Daha əvvəl Filipe Luisin adı "Bayer" və "Çelsi" ilə hallanırdı, lakin London klubu sonda seçimini Xabi Alonso üzərində etmişdi.

Filipe Luis ötən ilin martında "Flamenqo" klubundan qovulmuşdu. O, bu komanda ilə Braziliya çempionatı, Kuboku və Superkuboku ilə yanaşı, Libertadores Kubokunun da qalibi olub.

Qeyd edək ki, bir qədər əvvəl "Monako"nun hazırkı baş məşqçisi Sebastyan Pokonyolini istefaya göndərəcəyi məlum olmuşdu. Onun rəhbərliyi altında knyazlıq təmsilçisi Liqa 1-i 7-ci pillədə başa vurub.