Yunan-Roma güləşçisi Turpal-Ali İsayev qeyri-etik fadələrdən istifadə etdiyi üçün Rusiya çempionatının gümüş medalından məhrum edilib.

Offsideplus.az xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan İsayevin diskvalifikasiyasından sonra gümüş medal Qarik Qülümyana qismət olub.

Bu çəkidə qızıl medalı rəqiblərinə aman verməyən Rabil Əsgərov qazanıb.

Bürünc medallara isə Kamil Axmetvaleyev və Hacımurad Baytullayev sahib çıxıblar.