Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda reallaşan təlim-məşq toplanışını yekunlaşdıraraq Bakıya qayıdıb.
Offsideplus.az xəbər verir ki, Avropa Liqasına hazırlaşan yığmamız mayın 22-dən 27-nə kimi davam edən hazırlıq prosesi çərçivəsində yerli Minsk klubu ilə iki yoxlama oyununda qüvvəsini sınayıb.
Komandamız hər iki qarşılaşmadan məğlubiyyətlə ayrılıb - 0:4, 1:3.
Qeyd edək ki, millimiz Avropa Liqasında ilk oyunlarına iyunun 6-7-də İsveçdə çıxacaq. Voleybolçularımız burada ev sahibi İsveç və Yunanıstan yığmaları ilə qarşılaşacaqlar.


