Bu gün Misli Premyer Liqasında gələn mövsüm çıxış edəcək sonuncu komandanın adına aydınlıq gələcək.
Offsideplus.az xəbər verir ki, elitada qalmaq və ya oraya yüksəlmək uğrunda pley-off qarşılaşması keçiriləcək.
"Qəbələ" və "Mingəçevir" komandaları "SOCAR Polymer Arena"da qarşı-qarşıya gələcək. Saat 18:30-da start götürəcək həlledici matçda VAR sistemi də tətbiq olunacaq. Görüşün baş hakimi Tural Qurbanov olacaq.
Qeyd edək ki, "Qəbələ" geridə qalan mövsümdə Premyer Liqanı 11-ci sırada tamamlayıb. "Mingəçevir" isə I Liqada gümüş medallara sahib çıxaraq pley-offda oynamaq hüququ qazanıb.
28 may (cümə axşamı)
18:30 “Qəbələ” – “Mingəçevir”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“SOCAR Polymer Arena”


