"Nyukasl" klubunun və İngiltərə millisinin vingeri Entoni Qordon bu gün "Barselona"da tibbi müayinədən keçəcək. 

Offsideplus.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.

Sky Sports televiziyası 25 yaşlı futbolçunun şəxsi təyyarəyə mindiyini əks etdirən görüntüləri yayımlayıb və rəsmi açıqlamanın cümə günü və ya həftəsonu verilə biləcəyini qeyd edib.

Qordon karyerasının ən yaxşı mövsümünü keçirib və "Nyukasl"ın heyətində bütün turnirlərdə ümumilikdə 17 qol vurmağı bacarıb. O, Çempionlar Liqasında meydana çıxdığı 12 oyunda 10 qol vurmağı bacarıb və hazırda İngiltərə yığmasının dünya çempionatı üçün heyətində yer alır.