FİA prezidenti Məhəmməd bin Sulayem bu postda qalma müddətini məhdudlaşdıran qaydanı ləğv etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, mövcud reqlamentə əsasən, bir şəxs maksimum 12 il (üç müddət) rəhbərlik edə bilər. Ötən ilin dekabrında yeganə namizəd olaraq ikinci dəfə seçilən bin Sulayem bu addımla hakimiyyətini uzatmaq niyyətindədir.
Federasiya bu təklifə iyun ayında keçiriləcək Baş Assambleyanın iclasında baxılacağını təsdiqləyib. Qurum rəsmiləri dəyişikliyi FİA-nın bütün komitələrində səlahiyyət müddətlərinə vahid yanaşma tətbiq etmək istəyi ilə əsaslandırıblar.
BBC-nin yaydığı məlumata görə, bu ideya böyük ehtimalla FİA üzvləri tərəfindən dəstəklənəcək.
Qeyd edək ki, sözügedən 3 müddətlik limiti bin Sulayemdən əvvəlki prezident Jan Todt tərəfindən tətbiq edilmişdi.


