İngiltərə ardıcıl ikinci mövsümdür ki, avrokuboklarda doqquz klubla təmsil olunacaq.

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın yekunlarına əsasən, ilk beş pillədə qərarlaşan "Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa" (Avropa Liqasının qalibi) və "Liverpul" 2026/27 mövsümündə Çempionlar Liqasında mübarizə aparacaq.

Avropa Liqasına isə "Bornmut" (Premyer Liqada altıncı yer), "Sanderlend" (yeddinci yer) və Konfrans Liqasının qalibi "Kristal Palas" yollanıb.

Premyer Liqanı səkkizinci sırada tamamlayan "Brayton" isə İngiltərəni Konfrans Liqasında təmsil edəcək.