"Sabah" Pavol Şafranko ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, slovakiyalı futbolçu ilə başa çatan müqavilənin müddəti yenilənməyib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Pavol 2024-cü ildən "bayquşlar"ın uğurları üçün çalışırdı. O, "Sabah"ın heyətində keçirdiyi 55 rəsmi oyunda 18 qol vurub və 3 məhsuldar ötürmə ilə yaddaqalan olub.

Təcrübəli hücumçu paytaxt klubu ilə bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi adını qazanıb.