Məhəmməd Salah Misir millisi ilə dünya çempionatları tarihində ilk qələbəni qazandırmaq və ötən turnirlərdəki yarımçıq qalmış işini tamamlamaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, bu, 33 yaşlı superulduzun karyerasında sonuncu dünya çempionatı ola bilər. Afrika futbolunun nəhəngi sayılan və rekord sayda - 7 dəfə qitə çempionu olan Misir yığması indiyə qədər qatıldığı 3 dünya çempionatında gözlənilən uğuru qazana bilməyib.
Salah 2018-ci il dünya çempionatına karyerasının pik nöqtəsində yollanmalı idi. "Liverpul" forması ilə debüt mövsümündə 44 qol vuran hücumçu,
Çempionlar Liqasının finalında "Real Madrid" müdafiəçisi Serxio Ramosun məlum müdaxiləsindən sonra çiynindən ciddi zədə almışdı.
Tam sağalmasa da, Rusiyadakı turnirə qatılan Salah, meydana çıxdığı 2 oyunda 2 qol vursa da, Misirin ev sahibi Rusiya, Uruqvay və Səudiyyə Ərəbistanına uduzaraq qrupda qalmasının qarşısını ala bilməmişdi. İndi isə 33 yaşlı ulduz dünya çempionatına "Liverpul" karyerasının son dönəmində yollanır.
O, Misir milli komandasının heyətində indiyə qədər 115 oyuna çıxıb və 67 qol vurmağı bacarıb.


