Xamzat Çimayev UFC-dən Şon Striklendlə revanş döyüşü tələb edib.

Offsideplus.az xəbər verir ki, bu barədə Dana Uayt məlumat verib:

"Xamzat hazırda Striklendlə revanş istəyir. Onun hazırkı tək istəyi budur. Lakin bununla bağlı nə edəcəyimizi hələ bilmirik, qərarı daha sonra verəcəyik. Striklend isə hər kəslə döyüşməyə hazırdır", – deyə Uayt bildirib.

Qeyd edək ki, Çimayevlə Striklend arasında ilk döyüş mayın 10-da Nyuarkda, UFC 328 turniri çərçivəsində baş tutub. Həmin qarşılaşmada Striklend hakimlərin rəyləri əsasında (ayrı-ayrı qərarla) qalib gəlib.