Futbol üzrə Misli Premyer Liqasının pley-off mərhələsində "Qəbələ" "Mingəçevir"ə 2:0 hesabı ilə qalib gəlib və növbəti mövsüm Premyer Liqada mübarizəyə davam edəcək.
Offsideplus.az xəbər verir ki, "Qəbələ"nin baş məşçqisi Kaxaber Tsxadadze oyundan sonra qələbəni şərh edib:
"Azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm. Mövsümə görə onlardan üzr istəyirəm, sabit oynamadıq. Futbolçularımı təbrik edirəm. Favorit idik. Futbolçularım oyuna ciddi yanaşdılar, maraqlı oyun nümayiş etdirdilər. Onlar narazdırlar ki, qol epiziodlarından yararlana bilmədilər. Əlbəttə ki, onlar gəncdirlər. Rəqibin təcrübəli baş məşqçisi var. Uzun müddət Azərbaycanda baş məşqçilik edib. "Mingəçevir"in üstünlüyü də, bura qədər gəlib çıxması da baş məşqçi Ramiz Məmmədovun əməyidir".
K.Tsxadadze "Gələn mövsüm "Qəbələ"dən gedəcəksiniz?", sualına belə cavab verib:
"Bu sualı rəhbərliyə vermək lazımdır. Mənim müqaviləm hələ var və gələn mövsüm də davam edəcək. İndi uçub getməyi düşünürəm. Yorğunam. Qayıdandan sonra klub prezidenti ilə danışıq olacaq".


