La Liqadan düşən "Jirona" baş məşqçisi Mişelin komandadan ayrıldığını rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki,  50 yaşlı mütəxəssisin adı Niderland nəhəngi "Ayaks"la hallanır.

"Jirona" doğma meydanı "Estadi Montilivi"də "Elçe" ilə 1-1 hesablı bərabərlikdən sonra La Liqa ilə vidalaşıb.

Turnir cədvəlini 19-cu pillədə başa vuran komanda dördillik fasilədən sonra İspaniya elitasını tərk edib.

Qeyd edək ki, "Jirona" azarkeşləri çempionatın son 8 oyununda qələbə qazana bilməyən Mişeli gərgin sağ qalma mübarizəsi zamanı fikrini "Ayaks"dan gələn təklifə yönəltməkdə ittiham edərək tənqid atəşinə tutmuşdular.