"Barselona" klubu "Atletiko"nun hücumçusu Xulian Alvares üçün ilk rəsmi təklifini təqdim etməyə hazırlaşır.
Offsideplus.az jurnalist Ben Ceykobsa istinadən xəbər verir ki, katalon klubu argentinalı forvard üçün təxminən 100 milyon avro təklif edəcək. Madrid təmsilçisi isə "Barselona"nın 2019-cu ildə Antuan Qrizmann üçün ödədiyi 120 milyon avrodan "əhəmiyyətli dərəcədə daha çox" məbləğ tələb edir.
Alvares özü isə "blauqrana"ya keçmək istədiyini artıq açıq şəkildə bəyan edib.
Geridə qalan La Liqa mövsümündə Alvares "Atletiko"nun heyətində 29 matçda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə ilə çıxış edib.


