2026-cı ildə keçiriləcək voleybol üzrə Avropa çempionatının rəsmi topları ictimaiyyətə təqdim edilib.

Offsideplus.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) və "Mikasa" şirkətinin birgə hazırladığı toplar həm müasir dizaynı, həm də klassik üslubu özündə birləşdirir. Dizaynda həlledici mərhələyə ev sahibliyi edəcək ölkələrin rənglərinə xüsusi yer verilib.

Qadınların yarışında final mərhələsi Türkiyədə, kişilərdə isə İtaliyada təşkil olunacaq.

Azərbaycanın da ev sahibləri arasında yer aldığı qadın voleybolçuların turnirində C qrupunun oyunları Bakıda keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşmalarda yığmamız Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları ilə qrupdan çıxmaq uğrunda mübarizə aparacaq. Bakıdakı oyunlar cari ilin 21-28 avqust tarixlərində reallaşacaq.

Digər qrupların müvafiq oyunlarına isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveç (D qrupu) ev sahibliyi edəcək.