"Fənərbağça" klubunda növbəti ayın əvvəlində prezident seçkiləri olacaq.
Offsideplus.az xəbər verir ki, prezidentliyə namizədliyə Aziz Yıldırım baş məşqçi postu üçün 4 mütəxəssis müəyyənləşdirib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun namizədləri belədir: Aykut Kocaman, İsmail Kartal, Nuri Şahin və Vinçentso Montella.
Qeyd edək ki, A. Yıldırım daha əvvəl 1998-2018-ci illər arasında İstanbul nəhənginə rəhbərlik edib.


