Rusiya millisi Qahirədə təşkil olunan yoldaşlıq görüşündə Misir seçməsinə minimal hesabla məğlub olub – 0:1.

Offsideplus.az xəbər verir ki, qarşılaşmada yeganə qolu 65-ci dəqiqədə misirlilərin hücumçusu Mostafa Ziko vurub.

Misir millisinin ulduz vingeri Məhəmməd Salah bu görüşdə iştirak etməyib.