Dünya çempionatının startına az qalmış turnirin iştirakçısı olan komandaların çempionluq şansları faizlərlə qiymətləndirilib.

Offsideplus.az xəbər verir ki, mundialın açılış matçına düz iki həftə qalmış komandaların qızıl medalları qazanmaq ehtimalları müəyyənləşib.

Siyahıya İspaniya millisi rəhbərlik edir. "Buğalar"ın çempionluq şansı 17 faiz olaraq dəyərləndirilib. Onların ən yaxın izləyicisi isə 16 faizlə Fransa seçməsidir. İlk üçlüyü 11 faizlə İngiltərə qapayır.

Komandaların çempionluq şanslarının tam siyahısı aşağıdakı kimidir:

  • İspaniya – 17%

  • Fransa – 16%

  • İngiltərə – 11%

  • Portuqaliya – 10%

  • Braziliya – 9%

  • Argentina – 8%

  • Almaniya – 5%

  • Niderland – 4%

  • Norveç – 3%

  • Yaponiya, Kolumbiya, Belçika – 2%

  • Mərakeş – 1.5%

  • ABŞ, İsveçrə – 1.2%

  • Uruqvay, Meksika – 1.1%

  • Ekvador – 0.9%

  • Xorvatiya – 0.8%

  • Türkiyə, Seneqal – 0.7%

  • Avstriya – 0.6%

  • İsveç – 0.5%

  • Kanada – 0.4%

  • Cənubi Koreya, Qana, Paraqvay, Şotlandiya, Kot-d'İvuar, Çexiya, Misir – 0.3%

  • Bosniya və Herseqovina, İran, Əlcəzair, Tunis, Avstraliya – 0.2%

  • Yeni Zelandiya, Haiti, İordaniya, Kurasao, Özbəkistan, Panama, İraq, Cənubi Afrika Respublikası, DR Konqo, Kabo-Verde, Qətər, Səudiyyə Ərəbistanı – 0.1%