"Barselona" Xulian Alvarez üçün "Atletiko"ya rəsmi təklif göndərib.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Kataloniya klubu argentinalı forvard üçün 100 milyon avro məbləğində ilk rəsmi təklif təqdim edib.
"Atletiko” bu təklifdən məmnun olmasa da, Xulian Alvarez artıq klub rəhbərliyinə “Barselona”ya keçmək istədiyini bildirib.
Qeyd edək ki, Alvarez cari mövsümdə 49 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.


