Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, millimiz F qrupundakı ikinci oyununda İtaliya seçməsini məğlub etməklə buna nail olub.
"Tipos arenada keçirilən oyun Azərbaycan komandasının qələbəsi ilə bitib - 3:0. Matçda Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə fərqləniblər.
Beləliklə, Azərbaycan millisi pley-offa yüksəlib.
Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib -3:1.


