"Fənərbağça" yay transfer dönəmində dünya ulduzlarını heyətinə qatmağa hazırlaşır.
Offsideplus.az “Fanatik”ə istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər”in transfer siyahısında Mohamed Salah və Ademola Lukman yer alıb.
İddialara əsasən, "Fənərbağça"da keçiriləcək prezident seçkiləri öncəsi namizədlər Aziz Yıldırım və Hakan Safi transfer çalışmalarını sürətləndirib. Hər iki namizədin əsas hədəflərindən birinin İngiltərənin “Liverpul” klubundan ayrılan misirli hücumçu Məhəmməd Salah olduğu bildirilir.
Qeyd edək ki, bu mövsüm Məhəmməd Salah “Liverpul” forması ilə 41 oyunda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Ademola Lukman isə mövsüm ərzində çıxış etdiyi iki klubda ümumilikdə 43 matçda 12 qol vurub və 6 assist edib.


