“Liverpul”un müdafiəçisi İbrahima Konate Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu ilə “Real Madrid”, “Bavariya” və “Çelsi” yaxından maraqlanır.

Konatenin “Liverpul”la müqavilə danışıqları hələlik yekunlaşmayıb. Bu vəziyyət isə digər klubların transfer planlarını sürətləndirib. Xüsusilə “Real Madrid” müdafiə xəttini gücləndirmək üçün 25 yaşlı oyunçunu əsas namizədlərdən biri hesab edir.

“Bavariya” və “Çelsi” də futbolçunun durumunu izləyir. İngiltərə klubunun isə Konateni yalnız yüksək məbləğ qarşılığında buraxmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, İbrahima Konate cari mövsümdə “Liverpul”un əsas müdafiəçilərindən biri olub və komandanın uğurlarında mühüm rol oynayıb.