"Qarabağ"ın ikinci təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşib. 

Offsideplus.az "Football Meets Data" analitika saytına istinadən xəbər verir ki, "Pafos"un ölkə kubokunu qazanması ilə Avropa Liqasında II təsnifat mərhələsində səbətlərin tərkibi bəlli olub. 

Səpələnməmiş I təsnifat mərhələsinin komandaları bu mərhələdə "Ferentsvaroş" və ya "Qarabağ" ilə üz-üzə gəlsələr, II təsnifat mərhələsində həmin komandalarla birlikdə səpələnmişlər səbətində alacaqlar.

I təsnifat mərhələsində digər bütün səpələnməmiş komandalar isə II təsnifat mərhələsində səpələnməmişlər siyahısında da qalacaqlar.

Bu isə o deməkdir ki, "Qarabağ" mərhələ adlayacağı halda səpələnməmişlər səbətindən "Şerif", "Dinamo" (Kiyev), "Beşiktaş", "Tvente", "Hayduk" "Tromse", "Sankt Gallen", "ÇSKA" (Sofiya), "Hammarbi" klublarından biri ilə üz-üzə gələ bilər.