“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, klub “Nyukasl Yunayted”dən Entoni Qordonu transfer edib.

Bu barədə Kataloniya klubunun mətbuat xidməti açıqlayıb.

Futbolçu ilə müqavilənin müddəti 2031-ci ilə kimi nəzərdə tutulub.

Qordon bu mövsüm “Nyukasl”ın heyətində keçirdiyi 46 oyunda 17 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.