“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yay transfer dönəmində klubdan ayrılmağa hazırlaşır.

Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı qolkiperin hazırda karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirdiyi və İspaniyanı tərk etmək niyyətində olduğu bildirilir.

Ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir. 34 yaşlı futbolçu Kataloniya klubunun heyətində bütün turnirlər daxil olmaqla 423 oyunda meydana çıxıb və qapısından 416 qol buraxıb.

Qolkiperin klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər qüvvədədir.