"Mançester Yunayted" braziliyalı futbolçu Edersonla şəxsi məsələlərdə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Atalanta" ilə son danışıqları aparır. Bu keçidin 45 milyon avroya tamamlanacağı gözlənilir.

Bu barədə xarici KİV məlumat yayıb.

Ederson 2022-ci ildən "Atalanta"da çıxış edir. 26 yaşlı yarımmüdafiəçi burada ümumilikdə 180 oyuna çıxıb.

O, bu qarşılaşmalarda 16 qol vurub və 6 məhsuldar ötürmə edib.