Entso Mareskanın "Mançester Siti"nin növbəti baş məşqçisi olmağa hazırlaşdığı bir vaxtda, klubun Entso Fernandesin transferini nəzərdən keçirə biləcəyi barədə şayiələr yayılıb.
Offsideplus.az xəbər verir ki, Mareskanın sabiq klubu "Çelsi"dən futbolçu aparmaq ehtimalı yay "transfer pəncərəsi"nin ən maraqlı hadisələrindən birinə çevrilə bilər.
Argentinalı yarımmüdafiəçinin "Stemford Bric"dəki gələcəyi, onun "Real Madrid"ə keçmək istəyinə eyham vuran bəyanatından sonra qeyri-müəyyən olaraq qalır. "Kral klubu" Fernandeslə ən çox maraqlanan tərəf olsa da, "Çelsi"nin tələb etdiyi yüksək məbləğ bu transferi çətinləşdirir. London təmsilçisi vaxtilə "Benfika"ya ödənilən 106.8 milyon funt-sterlinqdən daha çoxunu tələb edir.
Bu qiymət Avropanın nəhəng klubları üçün belə maneə yarada bilər, lakin Mareskanın təyinatı rəsmiləşdikdən sonra "Mançester Siti"nin vəziyyəti yaxından dəyərləndirəcəyi gözlənilir.


