Fransalı vinger Osman Dembele karyerasında daha əvvəl heç bir futbolçunun imza ata bilmədiyi ağlasığmaz bir zirvəyə yüksəlmək şansına sahibdir.

Offsideplus.az xəbər verir ki, əgər Dembele gələcək karyerasına 1 Dünya Kuboku1 "Qızıl Top" mükafatı da əlavə edə bilsə, futbol tarixində unikal bir üçlüyün ilk və yeganə sahibi olacaq.

Ulduz futbolçunun hədəflədiyi tarixi "2-2-2" rekordu:

  • 2× Çempionlar Liqası (Karyerasında artıq bu kuboklardan iki ədəd var)

  • 2× Dünya Kuboku (Fransa millisi ilə 2018-ci ildə artıq bir dəfə dünya çempionu olub, növbəti turnirlərdə daha bir zəfər lazımdır)

  • 2× "Qızıl Top" (Karyerasına artıq bir Qızıl top yazdırıb, ikincisini qazanacağı təqdirdə bu siyahını tamamlayacaq)

Futbol dünyasında indiyə qədər bir çox əfsanələr (Pele, Maradona, Messi, Ronaldo) fərqli fərdi və komanda rekordlarına imza atsalar da, eyni anda 2 Çempionlar Liqası, 2 Dünya Kuboku və 2 "Qızıl Top" kubokuna sahib olan heç bir oyunçu olmayıb. Dembele bu "çılgınlığı" gerçəkləşdirməyə sadəcə iki uğur uzaqlığındadır.