Ötən gecə "Bavariya"ya qarşı keçirilən gərgin oyunda (4-3) "Real Madrid" turniri tərk etsə də, Arda Güler sərgilədiyi oyunla tarix yazdı.
Offsideplus.az xəbər verir ki, Türkiyə futbolunun mirvarisi Münhendə bir neçə tarixi rekordu eyni anda qıraraq adını futbolun ən böyük səhifələrinə yazdırdı.
Arda Gülerin bir oyunda qırdığı inanılmaz rekordlar:
-
Çempionlar Liqasında mövsümün ən tez qolu: Matçın cəmi 35-ci saniyəsində fərqlənən Arda bu mövsüm turnirin ən erkən qoluna imza atıb.
-
"Real Madrid" tarixinin Çempionlar Liqasında ən erkən qolu: O, "Kral Klubu"nun Çempionlar Liqası tarixində vurduğu ən sürətli qolun sahibi oldu.
-
"Bavariya"nın "qara siyahısı": Arda Güler "Bayern"in Çempionlar Liqasında öz qapısında gördüyü ən erkən qolu vuran futbolçu kimi tarixə düşdü.
-
Cərimə zərbəsi rekordu: "Real Madrid" forması ilə Çempionlar Liqasında cərimə zərbəsindən qol vuran ən gənc oyunçu ünvanını qazandı.
-
Türkiyə futbolu tarixində ilk: Çempionlar Liqasının əsas mərhələsinin bir oyununda 2 qol vuran ilk türkiyəli futbolçu oldu.
-
Arda "Real Madrid" tarixində bir Çempionlar Liqası oyununda cərimə meydançasından kənardan 2 qol vuran üçüncü oyunçu oldu. Ardaya qədər bunu yalnız iki əfsanə — Roberto Karlos və Kriştiano Ronaldo bacarmışdı.
-
Qol 1: 1-ci dəqiqə (35-ci saniyə), Manuel Noyerin səhvi və 40 metrdən möhtəşəm vuruş.
-
Qol 2: 29-cu dəqiqə, uzaq küncə cərrah dəqiqliyi ilə yerinə yetirilən cərimə zərbəsi.


