Çempionlar Liqasının 1/4 final mərhələsinin dramatik cavab oyunlarından sonra "Qızıl Top" mükafatı üçün namizədlərin şansları kəskin şəkildə dəyişib.

Offsideplus.az xəbər verir ki, Polymarket platformasının yenilənmiş məlumatlarına görə, favoritlər siyahısında Münhen təmsilçiləri mütləq üstünlük qazanıblar.

Münhen "Bavariya"sının "Real Madrid"i turnirdən kənarlaşdırması (iki oyunun cəmində 6-4) və Harri Keynin həlledici performansı onu yarışın şəksiz liderinə çevirib.

Hazırda favoritlər:

  • Harri Keyn (29%): "Bavariya" və İngiltərə millisinin ulduzu 56-dan çox qol fəaliyyəti (qol + asist) ilə siyahının zirvəsindədir. O, hazırda dünyanın ən formada olan hücumçusu hesab olunur.

  • Maykl Olise (16%): "Bavariya"nın digər ulduzu Olise 29 asistlə mövsümün rekordlarını yeniləyir. Çempionlar Liqasındakı möhtəşəm oyunu onu siyahıda ikinci pilləyə daşıyıb.

  • Lamin Yamal (16%): "Barselona"nın gənc istedadı turnirlə vidalaşsa da, La Liqadakı 21 qol və 16 asistlik performansı ilə şansını qoruyur.

  • Kilian Mbappe (14%): "Real Madrid"in turnirdən kənar qalması Mbappenin şanslarını 14%-ə endirib. Onun üçün mükafat yolunda yeganə xilas qapısı qarşıdan gələn 2026 Dünya Çempionatı ola bilər.