Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin həyəcanı Londona daşınıb.

Offsideplus.az xəbər verir ki, ilk oyunda Portuqaliyada 1-0 hesablı minimal qələbə qazanan "Arsenal" öz meydanında "Sportinq" səddini keçərək yarımfinala yüksəlməyə çalışıb.

Portuqaliyadakı ilk görüşdə "topçular" 1-0 hesabla qalib gəlmişdilər. Bu gecə baş tutan oyunda isə tərəflər qol vura bilmədi və "Arsenal" iki oyunun cəmində 1:0 hesablı qələbə ilə yarımfinala yüksəldi.


23:00 / "Arsenal" 0:0 "Sportinq" (ÜMUMİ: 1:0)


Hər iki komandanın bu taleyüklü matç üçün start 11-likləri artıq bəllidir:

"Arsenal": Raya, Moskera, Saliba, Qabriel, İnkapiye, Zubimendi, Rays, Madueke, Eze, Martinelli, Dyökereş.

"Sportinq": Rui Silva, Kuarezma, Diomande, İnasio, Maksi Araujoyo, Hyulmand, Morita, Katamo, Trinkao, Pedro Qonsalves, Luis Suares.